Yuxarı

Bu Rusiya universitetinin ölkəmizdə filialı açılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu Rusiya universitetinin ölkəmizdə filialı açılacaq

Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetində digər millətlərin nümayəndələri ilə yanaşı Azərbaycandan da xeyli sayda tələbələrimiz var. Fiziki qüsurlu tələbələr həmişə valideyinlərinə yaxın olmaq istəyirlər. Bununla əlaqədar bizdə layihə yarandı ki, universitetin Bakıda filialını açaq.

Bunu Report-a açıqlamasında Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin (MDHİU) rektoru, professor Vaqif Bayramov deyib.

O, qeyd edib ki, bu istiqamətdə müxtəlif görüşlər keçirilib və razılıq əldə olunub.

“2016-cı ildə mən və Rusiyanın Təhsil naziri Azərbaycan Prezidentinin qəbulunda olduq və filialın Bakıda açılışı ilə bağlı razılığa gəldik. Bu günlərdə son mərhələdəyik. Sentyabr ayının 26-sında Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası Dövlət Komissiyasının iclasında Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Moskva Dövlət Humanitar İqtisadiyyat Universiteti arasında müqavilə imzalanacaq və ilk növbədə bizə sənədləşmə işlərini yekunlaşdırmaq üçün ofis ayrılacaq. İnanıram ki, növbəti təhsil ilində biz artıq ilk tələbələrimizi qəbul edəcəyik”.

Tarix
2019.09.12 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla