Yuxarı

Azərbaycan polisindən aztəminatlı ailələrə hədiyyə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan polisindən aztəminatlı ailələrə hədiyyə - Foto

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan aztəminatlı ailələrdən bir neçəsinin evinə baş çəkiblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq həmin ailələrin məktəbə gedən övladlarını təbrik edib, azyaşlılara geyim, çanta, gündəlik dərs ləvazimatları hədiyyə ediblər. Onların vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzulayıblar.

Bu tədbir uşaqlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar da dərs ilini əla qiymətlərlə başa vuracaqlarına söz veriblər.

Valideynlər isə Göyçay Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına onlara göstərdikləri diqqət və qayğıya, köməkliyə görə, öz minnətdarlıqlarını bildiriblər.

Tarix
2019.09.12 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla