Yuxarı

Tarix İnstitutu bu universitetlə razılaşdı: Əməkdaşlıq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Bolqarıstanın Yepiskop Konstantin Preslavski adına Şumen Universitetinin professoru, tarix elmləri doktoru Biser Georgiyevlə görüşüb.

Tarix İnstitutundan Axar.az-a bildirilib ki, görüşdə Biser Georgiyev Şumen Universitetinin institutla elmi əməkdaşlıq əlaqələri qurmaq istədiyini bildirib. Bolqar alim deyib ki, Şumen Universitetinin humanitar elmlər fakültəsinin Elmi şurasında Tarix İnstitutu ilə əməkdaşlıq təklifi səsə qoyulub və qəbul edilib.

Yaqub Mahmudov bildirib ki, ölkələrimiz və xalqlarımız arasında tarixi yaxınlıq var: “Azərbaycanın elmi əlaqələrində Bolqarıstan xüsusi yer tutur”.

Görüşdə Tarix İnstitutu ilə Şumen Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub. Razılığa əsasən, birgə kitablar çap ediləcək və elmi konfranslar keçiriləcək. Bundan başqa, Tarix İnstitutunda və Şumen Universitetində Azərbaycan-Bolqarıstan əlaqələri tarixini araşdıran mərkəzlər yaradılması qərara alınıb. Bu mərkəzlərdə iki ölkə arasında əlaqələrin tarixi qədimdən müasir dövrədək, o cümlədən Bolqarıstanın erkən orta əsrlər tarixi və Bulqar türk dövlətinin türk dünyasındakı yeri araşdırılacaq.

Yaqub Mahmudov qonağa görkəmli Avstriya tarixçisi Erix Fayqlın (1931-2007) bolqarcaya tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabı barədə ətraflı məlumat verib: “On ildən çoxdur ki, “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabı Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. Bu kitab Avropada Azərbaycan tarixini obyektiv əks etdirən ilk fundamental əsərdir. Kitabın əsas bölmələrindən biri Dağlıq Qarabağ münaqişəsinə həsr olunub”.

Görüşün sonunda Yaqub Mahmudov Şumen Universitetinə Tarix İnstitutunun rus dilindəki nəşrlərini - “Azərbaycan: qısa dövlətçilik tarixi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” və “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” kitablarını hədiyyə edib.

Xatırladaq ki, bolqarcaya tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabının təqdimatı 2017-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilib.

Tarix
2019.09.12 / 13:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla