Yuxarı

Rəşadın ruhuna hörmətsizlik: Kimsə pul yığır – Müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşadın ruhuna hörmətsizlik: Kimsə pul yığır – Müraciət

İyulun 24-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevin ailəsi ictimaiyyətə müraciət edib.

Teleqraf.com xəbər verir ki, mərhum pilotun qardaşı Nicat Atakişiyev kimlərinsə insanların Rəşada sevgisindən istifadə etmək istədiyini qeyd edib.

"Kimsə Rəşad Atakişiyevin həyat yoldaşı Könül xanımın adından profil açıb, Rəşadın adından istifadə edərək pul toplayır. Dostlar, sizdən xahişim budur, hər kəs bilsin ki, Rəşadın adından istənilən heç bir şeyə qarşılıq verməyin və inanmayın. Bu insanı da axtarıb taparıq, inşallah. İnsanlar bilsin ki, kimsə Rəşadın üzərindən ailəsi adından pul yığır. Aldığım məlumat belədir".

Nicat Atakişiyev qardaşının xanımının da müraciətini sosial mediada paylaşıb:

"Könül xanımın adından sosial şəbəkələrdə "Rəşad Atakişiyev" adı ilə səhifələr yaradılıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, Könül xanım heç bir sosial şəbəkədən istifadə etmir və heç bir digər adlarla səhifələr yaratmayıb. Zəhmət olmasa, belə hallarla rastlaşdıqda, o saxta adlı insanları ifşa edin".

Tarix
2019.09.13 / 09:42
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla