Yuxarı

Miqrantlar Azərbaycana niyə axışır? – Nazir açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizə gələn miqrantların sayının artmasının başlıca səbəbi kimi son illər respublikamızda sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, ölkə iqtisadiyyatının inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir.

Axar.az xəbər verir ki, bunu "Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda BMT-nin bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclasında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, 2018-ci ildə iş icazəsi əsasında ölkəmizdə işləyən əcnəbilərin sayı 7000 nəfərə yaxın olub ki, bu da 2003-cü illə müqayisədə 4 dəfə çoxdur.

"Hazırda nazirliyin Əmək Müqaviləsi Bildiriş Sistemində əcnəbilərlə bağlanmış 9962 əmək müqaviləsi qeydiyyatdadır. Əməkçi miqrantların və onların ailələrinin hüquqları insan hüquqlarının tərkib hissəsidir. Ölkədə əməkçi miqrantların hüquqlarının qorunması hər zaman böyük əhəmiyyət kəsb edib.

Azərbaycanda miqrasiya sahəsində çox geniş qanunvericilik bazası yaradılıb. Azərbaycan əməkçi miqrantlarla bağlı qəbul etdiyi qanunvericilikdə hər hansı bir ayrı-seçkiliyə, diskriminasiyaya yol verilməsini qadağan edib".

Tarix
2019.09.13 / 13:55
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla