Yuxarı

ABŞ Bakıya hərbi yardım üçün bu şirkətlə razılaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Hərbi Dəniz Sistemləri Komandanlığı VSE korporasiyası ilə 10 082 812 dollar həcmində müqavilə imzalayıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Hstoday.us” saytı yayıb. Müqaviləyə əsasən, VSE Azərbaycana antiterror və əks-kəşfiyyat qurğuları çatdırmalı, eləcə də Xəzər dənizində Azərbaycanın dəniz təhlükəsizliyi proqramına dəstək üçün ölkə daxilində təlimlər keçirməlidir.

Məlumatda həmçinin tərəflər arasında müqavilənin Azərbaycan hökuməti üçün Xarici Hərbi Satış proqramı çərçivəsində nəzərdə tutulduğu bildirilib. Müqavilədə nəzərdə tutulan işlərin 88%-nin Virciniyada, 12%-nin isə Azərbaycanda icra ediləcəyi və onun 2020-ci ilin sentyabrına qədər bitiriləcəyi vurğulanıb.

Qeyd edək ki, bundan öncə erməni hərbi ekspert Suren Sərkisyan Azərbaycanın ABŞ-la əlaqələrdə yüksək nəticələr əldə etdiyini, bunun nəticəsində hərbi yardımlar aldığını, İrəvanın isə “yatdığını” açıqlamışdı.

Tarix
2019.09.13 / 14:56
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla