Yuxarı

Sahibkarlara məlumat verildi: bu sahədə dəyişiklik edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin icrasını davam etdirir.

Axar.az xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Xaçmaz rayonunda baş tutub.

Tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov bildirib ki, layihənin məqsədi sahibkarların vergi qanunvericiliyi sahəsində aparılan dəyişikliklərlə bağlı maarifləndirilməsindən ibarətdir.

Səməd Vəkilov çıxışında qeyd edib ki, vergi islahatının həyata keçirilməsində əsas məqsəd sahibkarlığın dəstəklənməsi, vergidənyayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, Vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsindən ibarətdir.

Layihə rəhbəri qanunvericiliklə sahibkarlara verilən yeni güzəştlərlə bağlı ətraflı məlumat verib. Sonda yerli sahibkarların sualları cavablandırılıb, iştirakçılara “Sahibkarın vergi bələdçisi” adlı buklet paylanılıb.

Qeyd edək ki, tədbirdə 25 sahibkar və müəssisə nümayəndəsi iştirakı edib.

Tarix
2019.09.13 / 17:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla