Yuxarı

Bakıda Nuru Paşa türkiyəli aydınlarla yad edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı "Azərbaycan - Türkiyə münasibətlərinin inkişafında və türk dünyasının güclənməsində aydınların rolu” adlı dəyirmi masa təşkil edilib.

Axar.az xəbər verir ki, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı və qardaş Türkiyədən gəlmiş bir qrup yazarın qatıldığı tədbir Atatürk Mərkəzində baş tutub. Tədbiri Atatürk Mərkəzinin şöbə müdürü Əkbər Qoşalı açıq elan edərək, Bakının daşnak-bolşevik işğalından qurtulmasının 101-ci ildönümü ərəfəsində gənclərin, yazarların, fərqli sahələri təmsil edən mötəbər aydınların iştirakı ilə müzakirələrin aparılmasının təqdirəlayiq hal olduğunu deyib, 101 il öncə baş vermiş tarixi hadisənin bütün türk dünyasına sirayət edən məziyyətlərindən danışıb.

Daha sonra millət vəkili Qənirə Paşayeva Bakının işğaldan azad edilməsini böyük tarixi hadisə olaraq xarakterizə edib, bu hadisənin xalqımızın tarixində mühüm rol oynadığını vurğulayıb. Millət vəkili Nuru Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusununu daim ehtiramla xatırlandığını qeyd edib:

“Yalnız Azərbaycan və Türkiyə deyil, ümumən türk dünyası olaraq, gələcəyə daha güclü şəkildə addımlamağımız üçün aydınlar arasında əlaqələr əməkdaşlığa çevrilməli, dərinləşməlidir. Qardaş ölkələr arasında özəlliklə yazarlar, QHT-lər, media quruluşları, nəşriyyatlar səviyyəsində əməkdaşlığın önəmi danılmazdır.

XIX yüzilliyin sonları, XX yüzilliyin əvvəllərində Kazanda, İstanbulda, Bakıda yaşayıb-yaradan aydınlar arasında güclü əlaqələr olub; o dövr aydınlarının əməkdaşlığı bu gün üçün də örnəkdir və bu örnəyin çağdaş dövrdə də davam etdirilməsi mənəvi borcumuzdur.

Mən gənclərimizin türk dünyasının görkəmli şəxsiyyətləri və onların fikirləri ilə, eyni zamanda, çağdaş ədəbi örnəklərlə daha genişplanlı tanışlığa çağırıram; belə tanışlıqlar sevgimizi, bilgimizi, beləliklə də birliyimizi gücləndirəcək və şüurlu, peşəkar yanaşmalar formalaşdıracaqdır”.

“Türkiyə” qəzetinin yazarı Məryəm Aybikə Sinan, Əhməd Yasəvi Vəqfinin başqanı Fatma Sönməz, “Ötükən” nəşriyyatının başçısı Ayşəgül Büşra Çalık səslənən fikirlərə, təkliflərə münasibət bildirib, Azərbaycana səfər təəssüratlarını bölüşüb.

Məryəm Aybikə Sinan öz çıxışında Bakıda ikinci dəfə olmaqdan məmnunluğunu bildirib. “Türkiyə” qəzetinin hər zaman türk dünyası ədəbiyyatına, ortaq dəyərlərə və tarixi şəxsiyyətlərimizə geniş yer verdiyini vurğulayıb. Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin həyatı ilə bağlı əsərin tezliklə oxuculara təqdim olunacağını qeyd edib.

Respublikamıza ilk dəfə gələn Ayşegül Büşra Çalık Azərbaycandan olan yazarlarla görüşməyə, əməkdaşlıq imkanlarına görə şad olduğunu bildirib.

Ayşegül Büşra Çalık “Ötükən” nəşriyyatının fəaliyyəti barədə ətraflı bilgi verib. Qeyd edib ki, böyük gələnəyi olan nəşriyyat türk dünyası yazarlarının əsərlərininə həmişə böyük önəm verib.

İki ölkə arasında nəşriyyatlarla, yazarlarla əməkdaşlığa hazır olduğunu bildirən “Ötükən” başqanı, Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanıma yazdığı məktubları çap etməkdən sevinc duyduğunu deyib və bir neçə orijinal məktubu Azərbaycana gətirdiyini bildirib. Və bu nəcib təşəbbüsə görə millət vəkili Qənirə Paşayeva təşəkkür edərək, bildirib ki, məktubların muzeyə təhvil verilməsi onların daha geniş auditoriyaya təqdimatına imkan yaradacaq.

Daha sonra “Vektor” nəşriyyatının qurucu-başqanı Elçin İsgəndərzadə, "Olaylar" qəzetinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuz, ATXƏM-in İcraçı katibi, "Birlik" jurnalının redaktoru İlqar İlkin, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, şair Oqtay Zəngilanlı, AYB mətbuat xidmətinin rəhbəri, İLESAM-ın Azərbaycan təmsilçisi Xəyal Rza və digər çıxışçılar iki qardaş ölkə arasında əməkdaşlığın vacib məqamlarına toxunub. Tədbir maraqlı fikir mübadiləsi və müzakirələrlə keçib.

Sonda millət vəkili Qənirə Paşayeva Türkiyəli aydınlara xatirə hədiyyələri təqdim edib.

Tarix
2019.09.13 / 23:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla