Yuxarı

Bakıda məktəbi qızıl medalla bitirənlərin sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 930 müəllim çalışır.

İdarədən Axar.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə 1442 vakansiya təqdim olunub.

Bakı şəhəri üzrə 271 məktəbdə 962 məktəbəhazırlıq qrupu yaradılıb. 24 mindən çox 5 yaşlı uşaq qeydiyyatdan keçib. Bu, proqnozun 60 faizindən çoxdur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbləri bitirən 1 433 məzuna Fərqlənmə Attestatı verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin XI sinfini bitirən 14 məzun qızıl, 1 məzun isə gümüş medala layiq görülüb.

İdarənin tabeliyindəki məktəb məzunlarından ali məktəblərə qəbul imtahanlarında iştirak edən 17 505 nəfərdən 13 012 nəfər, yəni 74 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Bakı şəhəri üzrə qəbul imtahanlarında iştirak uğur qazanmış abituriyentlərin 22 faizi 500 və 500-dən çox bal toplayıb.

Tarix
2019.09.15 / 13:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla