Yuxarı

Bakıda binaların dam örtükləri təmir olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda binaların dam örtükləri təmir olunur

Bakı şəhərində qışa hazırlıq tədbirləri çərçivəsində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin, blokların təmiri işləri davam edir.

Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən Axar.az-a verilən məlumata görə Prezident İlham Əliyevin çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tapşırığının icrası və həmçinin paytaxtda payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş tədbirlər planına əsasən, hazırda Xəzər rayonun təmirə ehtiyacı olan dam örtükləri olan binalar müəyyən edilərək yay aylarından etibarən mərhələli şəkildə onların təmirinə başlanılıb.

İşlər çərçivəsində binaların dam örtükləri dəyişdirilir, həmçinin bloklarda pəncərələrin şüşələri salınır, giriş qapıları təmir olunur.

Xəzər rayonunda bu işlər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamenti və Xəzər Rayon İcra Hakimiyyətinin struktur bölmələri tərəfindən həyata keçirilir.

Tarix
2019.09.16 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla