Yuxarı

Bakıda çavuş qazax qızdan üzr istədi, ona bilet aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstandan aldadılaraq Bakıya gətirilən qadını Ədliyyə Nazirliyinin çavuşu öz vəsaiti hesabına vətəninə göndərib.

Axar.az xəbər verir ki, bu məlumatı “Təmiz qadınlar” İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşıb. O bildirib ki, hazırda qazaxıstanlı xanım müvəqqəti olaraq sığınacağa yerləşdirilib.

“Qazaxstan vətəndaşını biri aldadaraq gətirib Bakıya. Qadının olan pulunu da alıb, yoxa çıxıb. Qız da qalıb kirədə çarəsiz. Ev yiyəsi rus dilini bilmədyi üçün bir nəfəri qonşudan çağırıb ki, tərcümə etsin qızın dediklərini. Tərcümə edən isə Ədliyyə Nazirliyinin çavusu olub. Vəziyyəti görən ədliyyə işçisi qızın öz ölkəsinə qayıtması üçün öz pulu ilə bilet alıb və qazaxıstanlı xanımı uçus gününə kimi sığınacağa istiqamətləndirib”, – deyə M.Zeynalova əlavə edib.

M.Zeynalova əlavə edib ki, ədliyyə çavuşu bir azərbaycanlının etdiyi əmələ görə qazaxıstanlı xanımdan onun əvəzinə üzr istəyib:

“Ədliyyə Nazirliyinin çavuşu qıza bildirib ki, Azərbaycan milləti yaxşı millətdir. Deyib, mən həmin adamın yerinə sizdən üzr istəyirəm.

Bu çavuş millətinin aşiqidir. İstəmir ki, heç kim azərbaycanlı deyəndə neqativ düşünsün”.

Tarix
2019.09.18 / 14:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla