Yuxarı

Peşə məktəblərində işləmək istəyənlərə - Müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peşə məktəblərində işləmək istəyənlərə - Müraciət

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsinə sənəd qəbulu sentyabrın 20-dək davam edəcək.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müraciət edə bilərlər.

İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılacaq.

Namizədlər tələb olunan sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsi və təhsil sənədi) qeyd edilən müddətədək [email protected] elektron ünvanına göndərməlidirlər.

Tarix
2019.09.18 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla