Yuxarı

Başçı kənd sakinlərini başına yığdı, tapşırıqlar verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Prezident Administrasiyasının məsul işçisi Arif Novruzovla birgə Şahvələdli kəndində sakinlərin növbəti səyyar qəbulunu keçirib.

Axar.az xəbər verir ki, Əhəd Abıyev ölkə rəhbərinin tapşırığına əsasən keçirilən hər bir səyyar görüşdə olduğu kimi, bugünkü görüşdə də əsas məqsədin kənd sakinlərini narahat edən məsələləri müəyyən etmək və onların həlli istiqamətində əməli işlər görmək olduğunu deyib.

“Bu gün kəndlərdə sosial sahələrin inkişafı, əhalini narahat edən problemlərin yerində həlli məqsədi ilə keçirilən səyyar qəbullar prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri hörmətli Zeynal Nağdəliyevin şəxsən diqqət mərkəzindədir və səsləndirilən müraciətlər nəzarət qaydasında icra olunur. Ehtiyac olduğu halda aidiyyəti üzrə baş idarə və nazirliklər qarşısında məsələ qaldırılaraq həll edilir. Çünki dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - Ə.Abıyev bildirib.

İcra başçısı “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planında Daşkəsən rayonu üçün də icrası nəzərdə tutulmuş məsələlər barədə də məlumat verib:

“Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci kilometrliyindən başlayan Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun asfalt örtüyünün və körpülərin yenidən qurulması işləri davam etdirilir.

Daşkəsən, Quşçu və Quşçu körpüsü qəsəbələrinin qazlaşdırılmasının, Qaraqullar, Xoşbulaq, Qabaqtəpə, Bayan kənd, Daşkəsən şəhər N. Nərimanov adına 3 nömrəli və S.Vurğun adına 4 nömrəli tam orta məktəblərin əsaslı təmirinin, Zinzahal və Çanaqçı kəndlərində yeni modul tipli tam orta məktəblərin qurulmasının şahidiyik və bu tikintilər davam etdirilir”.

Daha sonra Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.

Sonda isə Arif Novruzov qəbul olunan dövlət proqramlarının icrası nəticəsində bütün regionlarda həyata keçirilən abadlıq-quruculuq işləri barədə də geniş məlumat verib. Həmçinin bildirib ki, kəndlərin sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilir.

Tarix
2019.09.19 / 17:14
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla