Yuxarı

Təkrar mənzil bazarı: Yasamal rayonunda daha çoxdur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay mövsümündə Bakının təkrar mənzil bazarında satılacaq mənzillərin ən çoxu Yasamal rayonunun ərazisinə düşüb - 25 faiz.

Bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov məlumat verib. Onun sözlərinə görə, təkrar yaşayış evlərinin 18 faizi Xətai rayonunda, 13,5 faizi Nəsimi rayonunda, 15,3 faizi və daha çoxu Nərimanov və Binəqədi rayonunda yerləşib.

Ekspert əlavə edib ki, Bakının digər rayonlarının payına isə təkliflərin 4 faizi düşüb.

N.İbrahimov kirayə mənzil bazarına çıxarılan mənzillərin nisbətindən danışarkən qeyd edib ki, yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzillərə təlabat artıb və qiymət bahalaşıb.

Onun sözlərinə görə, avqust ayı ərzində Bakı şəhəri üzrə kirayə mənzillərin orta qiymətində 5.75 faiz artım olub. N.İbrahimov qeyd edib ki, metro stansiyalarına, xüsusən təhsil ocaqlarına yaxın ərazilərdə yerləşən kirayə mənzillərin qiymətində daha çox artım müşahidə edilib. Ekspertin sözlərinə görə, həmin ərazilərdə yerləşən kirayə evlərin qiymətində artım 12.56 faiz (400-500 manat) təşkil edib.

Ekspert vurğulayıb ki, artım daha çox birotaqlı mənzillərdə baş verib. Belə ki, birotaqlı 10.4 faiz, ikiotaqlı 2.79 faiz, üçotaqlı kirayə mənzillərin qiyməti isə 6.65 faiz artıb.

Tarix
2019.09.19 / 22:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla