Yuxarı

Masallıda qoyun oğurlayan kişi və qadın tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masallıda qoyun oğurlayan kişi və qadın tutuldu

Masallıda qoyun oğurlayan kişi və qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Masallının Kürdəbaz kənd sakini Əkrəm Səmədov həyətindəki tövlədən 1500 manat dəyərində 6 baş qoyunun oğurlanması ilə bağlı polisə müraciət edib.

Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını Cəlilabad rayonunun Xəlilabad kənd sakini, əvvəllər məhkum olunmuş Mətləb Məstiyevin Masallının Çaxırlı kənd sakini Firuzə Abdullayeva ilə birlikdə törətdiyi məlum olub.

Bundan başqa, aparılan araşdırmalarla həmin şəxslərin sentyabrın 1-də Masallının Alışanlı kəndindəki Xudakərim Əliyevə məxsus həyətdəki tövlədən də 1500 manat dəyərində 6 baş qoyun oğurladıqları müəyyən edilib.

Saxlanılan M.Məstiyev törətdikləri əməli etiraf edib və oğurladıqları qoyunları Cəlilabad bazarında satdığını bildirib.

Hər iki faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Tarix
2019.09.20 / 12:23
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla