Yuxarı

Bu marşrutun avtobusları yeniləndi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu marşrutun avtobusları yeniləndi - Foto

Bu gündən etibarən 39 nömrəli müntəzəm marşrut üzrə sərnişinlərə müasir "İsuzu" markalı avtobuslarla xidmət göstəriləcək.

Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən Kral Transport MMC tərəfindən 10 ədəd yeni sərnişin avtobusu gətirilib.

Məlumata görə, “İsuzu Citibus” markalı avtobuslar "Avro 5" standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

"Avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək. Artıq avtobusların müəyyən hissəsi Bakı şəhərindədir. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq. Ümumiyyətlə isə ötən dövrdə paytaxtımıza 200 ədəddən artıq müasir avtobus gətirilərək istismara verib", - məlumatda qeyd olunub.

Tarix
2019.09.21 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla