Yuxarı

Bakı metrosunda həyəcan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunda həyəcan

14:46

Bakı metrosunda sərnişinlər daha bir həyəcan yaşayıb.

Trend-in məlumatına görə, hadisə metronun "Gənclik" stansiyasında baş verib.

Stansiyaya daxil olan qatarın vaqonlarına qəfil tüstü dolub. Platformada sərnişinlər dərhal boşaldılıb və qatar tərkibinə ümumi baxış keçirilib. Qatarda heç bir nasazlıq qeydə alınmayıb. Qatar yenidən sərnişinlərlə birlikdə yola davam edib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

O bildirib ki, sərnişin qatarında heç bir təhlükə baş verməyib:

"Qatar "Gənclik" stansiyasına daxil olarkən vaqonlara tüstü dolduğundan sərnişinlər boşaldılıb və qatara baxış keçirilib. Məlum olub ki, sərnişin qatarından əvvəl stansiyadan sınaq qatarı keçib və həmin qatarın əyləc yastıqlarında sürtünmə zamanı tüstü yaranıb. Nəticədə tunelə tüstü dolub. Narahatlığa heç bir əsas yoxdur. Hazırda qatarlar normal qrafiklə hərəkət edir".

Tarix
2019.09.21 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla