Yuxarı

İcma sədri erməniləri belə ifşa etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Varşava şəhərində keçirilən ATƏT-in 2019-cu il İnsan ölçüsü üzrə İmplementasiya Görüşünün qaçqınlar və məcburi köçkünlərin hüquqlarının da müzakirə olunduğu 20 sentyabr tarixli “Humanitar məsələlər və digər öhdəliklər“ sessiyası zamanı Ermənistan nümayəndə heyəti prosedur qaydalarından sui-istifadə edərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin çıxışının qarşısını almağa cəhd edib.

İcmadan Axar.az-a verilən məlumatda deyilir ki, Ermənistan nümayəndəsi T.Gəncəliyevin iclasda iştirak üçün qeydiyyatının aydın olmadığını iddia edərək, ona çıxış üçün söz verilməməsini tələb edib. Azərbaycan nümayəndə heyətinin izahı və tədbirin təşkilatçısı qismində ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar üzrə Bürosunun məsələ ilə bağlı Ermənistan nümayəndəsinə aydınlıq gətirməsi ilə T.Gəncəliyevə yenidən çıxış üçün söz verilib.

Lakin Ermənistan nümayəndəsi verilmiş izahata baxmayaraq, ikinci dəfə T. Gəncəliyevin çıxışına mane olmağa cəhd edib və bu cəhdi də uğursuz olub.

Belə ki, sessiyanın moderatoru T.Gəncəliyevin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri qismində qeydiyyatdan keçdiyini və bu statusda çıxış etdiyini bildirərək, ona söz verib. Tural Gəncəliyev tutarlı faktlarla erməniləri ifşa edib, onların işğalçı olduğunu, beynəlxalq təşkiları həmişə aldatmağa cəhd etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tarix
2019.09.22 / 14:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla