Yuxarı

Bu gün savad, bilik hər şeyi həll edir - İlham Əliyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün savad, bilik hər şeyi həll edir - İlham Əliyev

Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr vardır. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir.

Axar.az xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 89-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində 28 saylı tam orta məktəbin açılış mərasimində çıxışı zamanı söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin avqust ayından oktyabradək olan dövrü əhatə edir.

Çoxcildliyin 89-cu kitabında Prezident İlham Əliyevin Rusiya Federasiyasına, Xorvatiya, Tacikistan və Qırğız respublikalarına səfərləri, həmçinin Rusiya, Türkiyə və Monqolustan prezidentlərinin Azərbaycana səfərləri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə dair informasiyalar, mətbuata bəyanatların mətnləri toplanıb.

Nəşrdə Azərbaycan Prezidentinin Yaponiya, İsrail, Avstriya, Bolqarıstan, ABŞ və digər dövlətlərin, ATƏT-in, NATO-nun yüksəkvəzifəli nümayəndələrini qəbul etməsinə dair materiallar yer alıb.

Prezident İlham Əliyev bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu kitabda dövlətimizin başçısının Bakı şəhərinin erməni işğalçılarından azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradda və Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə Milli Məclisdə keçirilmiş təntənəli iclasda çıxışlarının mətnləri ilə tanış ola bilər.

Azərbaycan Prezidentinin Masallı, Biləsuvar, Xızı, Lənkəran, Astara rayonlarına, Quba şəhərinə səfərlərinə dair materiallar, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, digər mühüm tədbirlərdə nitqlərinin mətnləri də bu nəşrə daxil edilib.

Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.

Tarix
2019.09.24 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla