Yuxarı

Bu gün üçün ən yüksək temperatur... - Tağıyeva

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün üçün ən yüksək temperatur... - Tağıyeva

Payız fəslinin ikinci ayı, oktyabr nisbətən mülayim, bəzi rayonlarda az yağışlı hava şəraiti ilə başlayıb.

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, havanın temperaturu iqlim norması daxilində tərəddüd edir:

"Yaxın günlərdə də komfort temperature şəraiti və əsasən mülayim külək gözlənilir ki, bu da xoş əhval yaradacaq. Ayın 7-dək cənub-şərq, cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s təşkil edəcək. Temperatur 24-27 dərəcəyə yaxın olacaq. Havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə yağış ehtimalı var".

U.Tağıyeva qeyd edib ki, əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam saatlarında bəzi şimal rayonlarında və Lənkəran-Astara bölgəsində yağış yağacağı gözlənilir:

"Havanın temperaturu Aran rayonlarında 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək. Çoxillik meteoroloji müşahidələrə görə bu gün (2 oktyabr) üçün ən yüksək temperatur Bakıda qeydə alınıb. 2012-ci ilin 2 oktyabrında Bakıda ən yüksək isti - 30,5 dərəcə, 1941-ci ilin 2 oktyabrında isə ən aşağı isti - 8,1dərəcə qeydə alınıb".

Tarix
2019.10.02 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla