Yuxarı

Polkovnikə 37 min artıq ödənilib: geri alınır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polkovnikə 37 min artıq ödənilib: geri alınır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ehtiyatda olan polkovnik-leytenant Nadir Tağıyevin təqaüdündən hər ay qeyri-qanuni olaraq 500 manat tutulması ilə bağlı mətbuatda yayılan şikayətini araşdırıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, araşdırma nəticəsində müəyyən olunub ki, Nadir Fərman oğlu Tağıyev 2003-cü ildə Dövlət Sərhəd Xidmətindən təqaüdə çıxıb.

“Eyni zamanda adıçəkilən şəxsə Milli Təhlükəsizlik Nazirliyindən gələn məlumat vərəqəsinə əsasən, 12 may 2013-cü il tarixində ikinci əmək pensiyası təyin olunub, qanunun tələblərinə zidd olaraq ona ikili pensiya gedib və dövlət büdcəsindən artıq vəsait ödənilib.

Bu ikili pensiya faktı 31 mart 2016-cı il tarixində aşkarlanıb və DSX-nin sabiq əməkdaşı kimi aldığı əmək pensiyası dayandırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə uyğun olaraq, 12.05.2013-31.03.2016-cı il tarixləri arasındakı dövr ərzində ona artıq ödənilən 36649,13 manat pul vəsaiti öz razılığı ilə (ərizəsi əsasında) aylıq 300 manat olmaqla 31 iyul 2026-cı il tarixinədək tutulacaq. Həmin vəsaitin 12300 manatı artıq tutularaq geri ödənilib, qalan 24349,13 manat vəsaitin tutulması yuxarıda qeyd edilən tarixədək davam etdiriləcək” – nazirlikdən bildirilib.

Tarix
2019.10.05 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla