Yuxarı

Bağırovun avtomobili ABŞ-a necə gedib çıxdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olmuş Mircəfər Bağırovunun xidməti ZiS-110 avtomobili hazırda ABŞ-dadır və baxımsız qalıb.

Virtualaz.org xəbər verir ki, bu haqda mag.auto.ru portalı yazıb.

O dövrdə sovet rəhbərlərinin gəzdiyi ZiS-110 (Stalin adına zavod) Böyük Vətən müharibəsinin başa çatmasından sonra SSRİ-də seriya istehsalı həyata keçirilən ilk bu tip avtomobil idi. 1945-1961-ci illər ərzində həmin avtomobildən 2089 nüsxə istehsal edilib. Və həmin avtomobillərdən biri sonradan ABŞ-a gedib çıxıb. Texas ştatının Hyuston şəhərinə gedib çıxan ZiS-110 avtomobilini 2016-cı ildə eBay-da 200 min dollara satıblar. Bu, Mircəfər Bağırovun avtomobili idi...

1947-ci ildə istehsal edilmiş qara ZiS-110 Stalin tərəfindən Mircəfər Bağırova hədiyyə edilmişdi. Stalinin ölümündən sonra Mircəfər Bağırov da işdən çıxarılır, həbs olunur və 30-cu illərdə həyata keçirilən amansız repressiyalara görə güllələnir. Avtomobil isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qarajında, küncdə atılıb qalır. 1968-ci ildə avtomobili Azərbaycan məmurlarından kiməsə bağışlayırlar.

1989-cu ildə ZiS yeni sahibinə çatır və o, 1998-ci ildə amerikalı avtomobil idxalçısı ilə tanış olur. Bir il sonra onlar anlaşırlar və nadir avtomobil ABŞ-a yola salınır. Orada uzun illər ərzində qarajda qalıb toz basır. 2016-cı ildə isə eBay-da satılır. Hazırda avtomobilin vəziyyəti ideal deyil, amma onu restavrasiya etmək və əvvəlki vəziyyətinə qaytarmaq mümkündür.

Tarix
2019.10.06 / 16:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla