Yuxarı

Azərbaycanda bundan 1 milyon nəfər istifadə etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkətinin aparıcı media nümayəndələri üçün Şabranda təşkil etdiyi ikigünlük təlim başa çatıb.

Axar.az xəbər verir ki, "Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər" mövzusunda keçirilən seminarın ikinci günündə şirkətin müştəri xidmətləri və rəqəmsal kanalların idarə edilməsi departamentinin nümayəndəsi Elşən Soltanov çıxış edərək, jurnalistlərə işçi qüvvəsinin idarə edilməsi, müştəri məmnuniyyəti və şikayətlərin tez bir zamanda aradan qaldırılması prosesi barədə məlumat verib.

Daha sonra "Müştərilərlə əlaqələrin idarə edilməsi" mövzusunda çıxış edən Müştəri dəyərinin idarə olunması departamentinin rəhbəri Mustafa Hüseynov şirkət əməkdaşlarının fasiləsiz olaraq müştərilərə xidmət göstərdiyini bildirib:

"Hər bir şirkət üçün müştərilər çox önəmlidir. Bu səbəbdən əməkdaşlarımız onlara hər gün fasiləsiz olaraq xidmət göstərir və onların rahatlığı üçün yeniliklər tətbiq edilir".

"Ulduzum" Sadiqlik proqramının rəhbəri Elmar Quliyev isə "Loyallıq proqramları və Bakcell Ulduzum" mövzusunda çıxış edərək, şirkətin müştərilər üçün yaratdığı əlavə imkanlardan bəhs edib. O bildirib ki, müştərilər "Ulduzum"un 333 partyorunun hər birindən istifadə zamanı müəyyən faiz dərəcəsində endirim imkanlarından yararlana bilərlər:

"Son 1 ildə "Ulduzum" 1 milyon nəfər tərəfindən 2,7 milyon dəfə istifadə olunub. Biz hər ay müştərilərin tələbatını nəzərə alaraq, partyorlarımız siyahısında dəyişliklər edirik. Bəzən olur ki, bir neçə partyoru siyahıdan çıxarırıq və ya yenilərini əlavə edirik. Müştəri məmnuniyyəti şirkətimiz üçün olduqca əhəmiyyətlidir. Bu səbəbdən onların tələbatına uyğun olaraq, daim yeniliklər tətbiq edirik. Artıq yenilənmiş "Ulduzum" mobil əlavəsi istifadəyə verilib və müştərilər üçün əlavə imkanlar yaradılıb. Müştərilərimiz bu proqramın imkanlarından gün ərzində 10 dəfə istifadə edə bilər".

Seminarın sonunda isə "Bakcell"in İnnovasiyalar və cihazlar departamentinin rəhbəri Fərəh Əkbərova "Əşyaların interneti" haqqında danışaraq, intelektual sistem vasitəsi ilə insan iştirakı olmadan əşyaların idarə edilməsi barədə söhbət açıb.

Tarix
2019.10.06 / 21:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla