Yuxarı

Cəbhəçi qadının Əli Kərimli haqda şok sözləri - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.10.06. 21:02

“Milli Şura” adlandırılan qurum Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib ki, oktyabrın 8-də bir saatlıq və 50 adamlıq piketə icazə versin. Amma qaragüruhbaşı Əli Kərimli artıq cığallıq edir və bütün internet çıxışlarında arzu edənlərə açıq bildirir ki, giriş sərbəstdir. Özü də bunu məsuliyyətə belə münasibət bəsləyən birisi edir.

Yeri gəlmişkən, Əli Kərimlinin son qarışıq, çalpaşıq hərəkətləri qaragüruhun içindəki problemlərin ört-basdır edilməsilə bağlıdır. Məsələn, mən Real TV-yə cəbhəçilərin içindən daxil olmuş bir səs yazısını sizə təqdim edirəm. Müraciətin müəllifi Milli Şuranın, güruhun ən fəal qadınlarından biri Dilarə Miriyevadır.

Yəni əslində Əli Kərimlinin ətrafındakı qopmalar təsadüfi xarakter daşımır. Sabiq müavini Fuad Qəhrəmanlının istefası, Dilarə Miriyevanın kiçik üsyanı göstərir ki, Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyevin müraciəti qanunauyğunluqdur.

Bütün bu qısaqapanmalar qarügüruhda bir qəza perspektivi vəd edir. Və buna görə də Kərimli və güruhu piket ssenarisi əsasında başqa bir tamaşa oynaya da bilər. Amma dövlətin, rəsmi qurumların verdiyi bu şans dürüst dəyərləndirilməzsə, hər hansı təxribat və ya pozuculuğa yönləndirilərsə, qaragüruh bütün sivil toplanışlara yolunu elə özü bağlamış olacaq. Unudulmamalıdır ki, piket üçün təklif edilən və icazə verilən ərazi şəhərin düz mərkəzindədir və bura yalnız skripka kurslarının keçirildiyi məktəbə yaxın deyil. Və hələ o da bəlli deyil ki, qaragüruh kimin skripkasında çalır və ya neçənci skripkadır xaric orkestrində, xaricləyən orkestrdə. Bu piketdə hər hansı provakativ addım “Düdelanj”a qalib gəlmiş “Qarabağ”ın başının üstündə separatçı əski parçası uçurmağa cəhd göstərənlərin hərəkətinə bərabər olacaq. Azərbaycanın dipolmatik mövqeləri gücləndikcə, Qarabağ məsələsinin həlli üçün əlverişli şərait yarandıqca, ənənəvi qaragüruh əngəl mövqelərindən çıxış edir.

Məsələn, “Qarabağ”-“Düdelanj” oyunu zamanı meydanda pozuculuq aksiyasını təkcə ermənilər etmirdilər. Onlarla unison hərəkət edən və stadiona zorla soxulan Orduxan Temirxanın hərəkəti birmənalı olaraq Azərbaycanın istər idman, istərsə də milli maraqlarına zidd idi. Və heç şübhəsiz ki, fəsadsız qalmayacaq. 4-1 hesabına kölgə salmasa da. Nəticəsiz ötüşməyəcək. Bir tərəfdən Teymur Rəcəbovun Dünya Kuboku, dərrakə ucalığımız, başqa tərəfdə Qarabağ futbolçularımızın hətta ayağına düşməyə belə ləyaqəti çatmayan murdar əski parçası. Digər tərəfdən bütün qaydaları pozaraq meydana soxulan və Azərbaycanı risk altında qoyan bir internet tapdığı.

Dövlət hər birimizin ayağından və başından keçir. Başımızdan keçib qurban, ayağımızdan keçib qazi oluruq. Ayağın öz, başın öz haqqı var. Bayrağa provokator kimi bükülüb dövləti zərbə altına qoymaq olmaz. Ona görə ki, biz bayrağa şəhid olaraq bükülürük.

Düz 25 il əvvəl bu günlər Azərbaycanda dövlət çevrilişinə cəhd yaşanırdı. Heydər Əliyev xalqı dövlətin müdafiəsinə dəvət etməklə qiyam qüvvələrinə qarşı mübarizədə Əliyev üslubu kimi tanınan bir dəst-xətt tətbiq etdi. O günlər qiyamçılar dövlətin ruhuna, qanununa əl qaldırmışdılar. Baş prokuroru döyərək məcbur etmək istəmişdilər ki, o Heydər Əliyevə - Prezidentin həbsinə sanksiya versin. Ona görə ki, onların belə bir təcrübəsi var idi. 1993-cü ilin iyun ayında Əli Kərimlinin dövlət katibi olduğu hakimiyyətdə əsir götürülmüş Baş prokuror İxtiyar Şirinov Prezident Elçibəyin həbsinə sanksiya vermişdi. Amma 94-cü ildə bunu edə bilmədilər. Bir Baş prokuroru, Əli Ömərovu sındıra bilməyənlər və onların davamçıları 26 ildir ki, Heydər Əliyevin yenidən qurduğu dövlətin başına zorla gəlməyə cəhdlər edirlər. Amma 94-cü ilin oktyabrı və 95-ci ilin martında yatırılan iki qiyamla hərbi müxalifətə və bununla da zorakılıqla hakimiyyətə gəlmək ənənəsinə son qoyulduğundan bütün belə cəhdlər uğursuzluqla yekunlaşır.

Azərbaycanı qorumaq lazımdır, qardaş və bacılar. Biz bircə Şuşanı, bircə Laçını, bircə Kəlbəcəri, bircə daha neçə rayonumuzu, təkcə Qarabağı qaytara bilmirik. Allah göstərməsin Azərbaycanı necə qaytararıq. Bu barədə fikirləşirmi qara güruh. Yeri gəlmişkən, Qara bağ problemilə eyni boyda bizim Qara Güruh problemimiz də var. Diqqətlə hesablasanız hər ikisi eyni ildə yaranıb! Bu təsadüfdürmü? Ətrafında düşünək. Dövlətimizin başına toplaşaraq düşünək.

Tarix
2019.10.07 / 08:41
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla