Yuxarı

Rafael Cəbrayılov Əli Kərimli ilə görüşdü? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:52

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə deputat səlahiyyətinə xitam verilən deputat Rafael Cəbrayılov arasında baş verən qalmaqal böyüyür. Belə ki, Cəbrayılovun həyat yoldaşının erməni olması barədə partiya sədrinin iddasına qarşı tərəf Hacıyevin özünün erməni olduğunu bildirib. Hətta R.Cəbrayılov H.Hacıyevin onu məhkəməyə verməsini istəyib: “Məni məhkəmiyə versə, onun ermənidən əmələ gəlməsi təkzibedilməz dəlillərlə sübuta yetriləcək. Cəsarəti çatırsa, namusu-qeyrəti varsa, versin məhkəməyə, onun hansı ermənidən əmələ gəlməsi sübutunu tapsın”.

Məsələ ilə bağlı Axar.az-a danışan Hafiz Hacıyev bildirib ki, R.Cəbrayılovu bu sözlərindən sonra da məhkəməyə vermək fikri yoxdur.

Partiya sədrinin sözlərinə görə, əvəzində onunla bağlı gizli səs yazısını yayacaq:

“Bütün Azərbaycan bilir ki, mənim nəslim kimlərdən ibarətdir. Bizim nəslimiz tək Azərbaycanda deyil, bütün dünyada məşhur nəsil olub. Rafael Cəbrayılov kimi ermənilərlə qohum olan, arvadı erməni, özü də yarıazərbaycanlı, yarıerməni olan şəxsiyyətsiz insandır. Onu məhkəməyə verməyi düşünmürəm. Hər halda yaxın günlərdə əməllərinə görə özü türməyə düşəcək. Onun kimi şərəfsiz, dövlətə xəyanət edən adamı məhkəməyə niyə verim?! Onsuz da Allah-tala onu “məhkəməyə” verib, mandatı əlindən alınıb. Bu gün Rafael Cəbrayılov həbs olunma təhlükəsi ilə qarşı-qarşıyadır. O, pozğun adamdır. Cəbrayılov hələ müstəntiq və digər vəzifədə çalışanda əxlaqsız hərəkətlər edib. Bir çox ailənin, qızların həyatını puç edib. Məndə olan məlumata görə, yaxın vaxtlarda onlar da sabiq deputatı şikayət etməyə hazırlaşırlar.

Bundan başqa, onun məndə səs yazısı var və o səs yazısında milyonlarla pul alıb insanları aldatmasını etiraf edir. Həmin səs yazısında “3 milyon filankəsə atdım” deyir. Bunu mən gələn həftənin cümə günü mediaya yaymağı planlaşdırıram. Çox təəssüf edirəm ki, bu cür adam parlamentdə xalqı təmsil edib. Cəbrayılov Azərbaycanda, dünyada dələduz kimi tanındı. Rafael Cəbrayılov bundan sonra siyasi səhnədən silinmiş, bədbəxt insandır. Bu günə qədər o, deputat mandatından sui-istifadə edərək, özünü qoruya bilib. Lakin bütün əməllərinin üstü açıldıqdan sonra qısa müddətdə həbs ediləcək.

Məndə olan məlumata görə, onun barəsində artıq ciddi tədbirlər görülür və yaxın vaxtlarda həbsi gözlənilir”.

H.Haciyev onu da bildirib ki, sabiq deputat artıq AXCP sədri Əli Kərimli və Cəmil Həsənli ilə əlaqə saxlayaraq, onların tərəfində olduğunu deyib:

“Artıq Rafael Cəbrayılov dövlət başçısının əleyhinə danışmağa başlayıb. Qardaşı Türkiyədə bir sıra media nümayəndələrinə yalan açıqlamalar verir. Dünən Cəbrayılov Əli Kərimli və erməninin qayınatası olan Cəmil Həsənovla görüş keçirib. Görüşdə Rafael Cəbrayılov onların tərəfinə keçəcəyini və bu barədə açıqlama vermə ərəfəsində olduğunu deyib. Biz hazırda bu prosesi izləyirik. Onların harada, necə görüşməsi barədə məlumat əldə etməyə çalışıram. Hətta dünən saat 13.50-də Gültəkin Hacıbəyli ilə danışması barədə bizə etibarlı mənbədən məlumat verildi. Gültəkin Hacıbəyli ona “Məni bədbəxt etdilər, səni də edəcəklər. Hakimiyyətə etibar yoxdur” deyib. Gültəkinlə, Əli Kərimli ilə danışması bizə əsas verir ki, o, satqın qüvvələrin tərəfindədir və qısa müddətdə iç üzünü açdı. Yaxın günlərdə onun haqqında ciddi faktları açıqlayacağam. Biz əqidəmizdə möhkəm dayanmışıq. Cəbrayılovu kimlərin müdafiə etməsini, onu Cəmil Həsənovla kimlərin görüşdürməsini yaxın günlərdə faktlarla çatdıracağam. Azərbaycana xəyanət edən hamının maskası yırtılır. Cəbrayılov da rəfiqəsi Əli Kərimlinin gününə düşəcək”.

Tarix
2019.10.07 / 18:00
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla