Yuxarı

Daha 1068 şəxsə sosial yardım verilməsi dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 1068 şəxsə sosial yardım verilməsi dayandırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyinatının şəffaflaşdırılması və ünvanlılığının təmin edilməsi ilə bağlı davam edən araşdırmalar çərçivəsində daha 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırılıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, müəyyən edilib ki, ÜDSY almaq üçün bir qrup sahibkar vətəndaşlarla qısa müddətli əmək müqaviləsi bağlayıb və ÜDSY təyinatı aparıldıqdan sonra həmin müqavilələrə xitam verilib. Həmçinin müqavilə bağlanan vətəndaşların sosial sığorta vəsaitlərinin ödənilmədiyi də müəyyən olunub.

Nazirlik tərəfindən bu istiqamətdə araşdırmalar davam etdirilir və araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.

Ünvanlılıq və şəffaflıq prinsipi əsasında aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımına çıxışını təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq addımlar atılır.

Qeyd edək ki, ÜDSY aztəminatlı ailələrə, yəni orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə verilir. Aztəminatlı ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs ÜDSY-nin alınması üçün müraciət edə bilər. Bunun üçün yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı və həmin arayışa əsasən notariat orqanı tərəfindən təsdiq edilən təmsilçilik barədə ərizə lazımdı. Bundan sonra kompüter və ya mobil telefonlardan istifadə edərək elektron qaydada müraciət etmək mümkündür.

Tarix
2019.10.08 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla