Yuxarı

Bakı avtobuslarında “təyyarə rejimi” – BNA-dan açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı avtobuslarında “təyyarə rejimi” – BNA-dan açıqlama

Bakı Nəqliyyat Agentliyinin nəzarətində olan “Bakı Bus” avtobusları ilə bağlı narazılıqlardan biri də intervalın artırılmasıdır. Sözügedən avtobus xətlərində intervalın çox olması tez-tez gündəmə gəlsə də, bu problem nəinki həllini tapıb, hətta interval müddəti daha da artıb.

Sakinlər bildirirlər ki, son vaxtlar “Bakı Bus” avtobusları 30, bəzən 40-45 dəqiqə gec gəlir, bu isə onların işə, universitetə, məktəbə gecikməsinə səbəb olur. Məsələn, bu gün səhər saatlarında 88 saylı marşrut avtobusunda interval 45 dəqiqə olub.

“Bakı Bus” avtobuslarının fəaliyyət göstərdikləri marşrut xətlərində alternativin olmadığını nəzərə alsaq, problemin xeyli ciddi olduğunu söyləyə bilərik.

Məsələ ilə bağlı Axar.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev ənənəvi olaraq, sözügedən avtobusların yollardakı sıxlıq səbəbindən dayanacaqlara vaxtında çatmadığını iddia edib.

Qeyd edək ki, tıxac probleminin aradan qaldırılmasına məsul qurum da Bakı Nəqliyyat Agentliyidir.

Tarix
2019.10.08 / 13:50
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla