Yuxarı

Səfirlikdən xəbərdarlıq: "Yaşıl kart"la bağlı saxtakarlıq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirlikdən xəbərdarlıq: "Yaşıl kart"la bağlı saxtakarlıq...

ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi "Yaşıl (Qrin) kart" viza lotereyası ilə əlaqədar mümkün saxtakarlıq halları barədə xəbərdarlıq edib.

Axar.az səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, son vaxtlar bu proqramın ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayı əhəmiyyətli dərəcədə artıb.

Qeyd olunur ki, bu cür saxta elektron poçt və məktubların müəllifləri "Qrin kart" proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.

"Bu cür şəxslər viza lotereyası proqramında iştirak üçün sizdən şəxsi məlumatlarınızı verməyinizi istəyə bilərlər. Bu təşkilatlar sizin maraqlarınızı təmin etmir", - səfirlikdən verilən açıqlamada bildirilir.

Bundan əlavə, səfirlikdən növbəti dəfə vurğulanıb ki, ABŞ səfirliyi özlərini "Qrin kart" adlandıran heç bir yerli təşkilatla çalışmır və ya onları dəstəkləmir.

Tarix
2019.10.08 / 19:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla