Yuxarı

AXCP sədri camaatı yürüşə çağırdı, özü gəlmədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AXCP sədri camaatı yürüşə çağırdı, özü gəlmədi

Məlum olduğu kimi, bu gün son günlər üzvlərinin müxtəlif vəhşiliyi, səsyazıları və digər biyabırçılıqları ilə məşhurlaşan Milli Şura və AXCP-nin saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında 50 nəfərlik piketi keçirildi.

Gününnəbzi.info-nun məlumatına görə, lakin keçən müddətdə, piketlə mitinqin fərqini belə bilməyən başda Əli Kərimli olmaqla AXCP üzvləri sosial şəbəkələrdə çağırış edərək vətəndaşları aksiya keçirirmiş kimi piketə dəstək verməyə dair çoxsaylı çağırışlar etdilər.

Cəbhəçilər yenə də həmişəki ənənələrinə, çirkin niyyətlərinə sadiq qaldılar- ərazidə təxribatçı hərəkətlərini davam etdirdilər, piketin qaydasında, tam dinc şəraitdə keçməsinə baxmayaraq şəhərin mərkəzində, xüsusilə də sıravi vətəndaşların gəzərək istirahət etdiyi yerlərdə çoxluq görüntüsü yaratmaq məqsədilə icazəsiz yürüş keçirməyə, polis əməkdaşlarını provakasiyaya çəkməyə çalışdılar. Nəticədə bəzi onların təxribatına aldanan şəxslər arasında xəbərdarlıq edilib ərazidən uzaqlaşdırılan da oldu, saxlanılan da.

Lakin işin faciəvi tərəfi odur ki, piketdə dünənə qədər riyakarcasına çağırış etməkdən yorulmayan nə sosial şəbəkə blogeri, AXCP sədri Əli Kərimli, nə də Milli Şura adlı adı olub özü olmayan qurumun sədri Cəmil Həsənli iştirak etdi! Bütün olanları Kərimli evindən, Həsənli isə uzaq Amerikadan izlədi.

Sizcə absurd deyilmi? Görəsən Əli Kərimlini hansı səbəb ora gətirə bilmədi? Qorxdumu, yoxsa o 49 nəfərlə bir sırada dayanmağı özünə sığışdıra bilmədi? Özünü onlardanmı saymadı, yoxsa elə onun vəzifəsi hamını qızışdırıb sonda sıravi şəxslərin cəzalanmasına nail olmaqdanmı ibarətdi?!

Bu gün olanlar Əli Kərimlinin və başının dəstəsinin riyakarlığını bir daha sübut etmiş oldu.

Tarix
2019.10.08 / 20:28
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

IV Şuşa Qlobal Media Forumu ilə bağlı - Videoçarx

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

İranda Azərbaycana qarşı “qaçqın dəstəsi” yaradılır

Mühüm hadisələrindən biri də BYD şirkəti ilə... - Prezident

O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı

Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında... - Foto

Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb

Tovuz döyüşləri bir daha sübut etdi ki... - Deputat

Belə avtomobillə heç yerə getmərəm - Prezident

Tələbə vaxtı diplom işimin mövzusu bu idi - Prezident

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla