Yuxarı

Sakinlərə şad xəbər: Bu küçə əsaslı təmir olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sakinlərə şad xəbər: Bu küçə əsaslı təmir olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir. Bu dəfə paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi əsaslı şəkildə yenidən qurulub.

Axar.az xəbər verir ki, əsaslı şəkildə yenidən qurulan Asif Məhərrəmov küçəsinin uzunluğu 1.1 km, eni isə ortalama 20 m təşkil edir (hər istiqamət üzrə 10 m).

Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 6 min kv.m mövcud piyada səkiləri bərpa olunub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 3872 p-metr yeni səki daşının düzülməsi işləri aparılıb, ayrıcı zolaq asfaltlanıb.

Bundan başqa, yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı 20 min kv.m-dən çox sahədə frezlənərək, kənara daşınıb.

Yol örtüyünün alt və üst layı iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Asfaltlanma işləri 22.5 min kv.m sahəni əhatə edib.

Qeyd edək ki, küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən asfalt-beton örtükdə deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkət intensivliyinə mənfi təsir göstərirdi. Küçənin yenidən qurulması ilə bu problem geridə qalıb.

Tarix
2019.10.08 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla