Yuxarı

Nazir yeni baş həkim təyin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.

Teleqraf.com xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyev Şamaxı Müalicə Diaqnostika Mərkəzinin baş həkiminin müalicə işləri üzrə müavini Şöhrət Abdulla oğlu Abdullayevin Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilməsi ilə bağlı əmr imzalayıb.

Bu vaxta qədər xəstəxananın baş həkimi vəzifəsini Səməd Fətəliyev müvəqqəti icra edirdi.

Qeyd edək ki, ötən ayın sonunda Səməd Fətəliyevin vəzifəsindən azad olunduğu barədə məlumat yayılmışdı. Məlum olmuşdu ki, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirlikləri Şamaxıda reyd keçirib, reyd zamanı QAZ-52 markalı, 06 BC 908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkarlanıb.

Araşdırma zamanı ağacların Şamaxı Rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Bundan sonra Səməd Fətəliyev barəsində akt tərtib edilmişdi.

Xatırladaq ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elxan Məmmədov bu ilin mayında nazirin əmri ilə vəzifəsindən azad olunmuşdu.

Tarix
2019.10.09 / 09:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla