Yuxarı

Şəkidə antik dövrə aid abidələr aşkarlandı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkinin Fazıl kəndində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılır.

Report-un məlumatına görə, qazıntı işləri Təpə Başı adlanan ərazidə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik Dövr Arxeologiyası şöbəsi və Qazaxıstanın Berel Arxeoloji Qoruğu arasında imzalanan müqaviləyə əsasən həyata keçirilir.

Araşdırmalar antik dövrün izlərini üzə çıxarıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənovun sözlərinə görə, qazıntılar zamanı aşkar edilmiş tapıntılar bir dövrdən digərinə keçidin izlərinə aiddir: "Ancaq keçid prosesində ərazidə yaşayan əhali dəyişməyib, sadəcə yeni mədəni dalğa özünü göstərib. Ərazidə 5 qəbir və 3 qurbangah aşkar edilib. Qəbirlərin müxtəlif dövrlərə aid olduğu ehtimal olunur".

Ərazidə dron vasitəsi ilə də çəkilişlər aparılır. Qazıntıların foto planları hazırlanır, 3D modeli yığılır. İşlər yekunlaşdıqdan sonra tapıntıların bir qismi ərazidə yerləşən və arxeoloq Nəsib Muxtarov tərəfindən yaradılmış "Əbədi süküt labirinti" muzeyində sərgilənəcək. Eksponatlar həmçinin yerli muzeylərə də təqdim ediləcək.

Tarix
2019.10.10 / 01:06
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla