Yuxarı

Əli Kərimlinin yaxın adamı: Biabır oluruq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Kərimlinin yaxın adamı: Biabır oluruq - Video

AXCP sədri Əli Kərimlinin yaxın adamlarından birinin - partiya funksioneri Məmməd İbrahimin sosial şəbəkələrdə səs yazısı yayılıb.

İbrahim Məmməd Əziz oğlu – 1966-cı ildə Yevlax rayonunda anadan olub, AXCP sədrinin müşaviri, Nərimanov şöbəsinin koordinatorudur. Partiya daxilində xüsusi aktiv və tanınmış şəxslərdəndir.

M.İbrahim 2015-ci il sentyabrın 30-da xuliqanlıq ittihamı ilə 3 il müddətinə həbs olunub.

Audioyazıda nə deyir Məmməd İbrahim?

"Bizim qərarımız var, 4-cü gün piket keçirəcəyik - ya İcra Hakimiyyətinin, ya da Prezident Aparatının qabağında. Gələn gəlsin, qorxan qorxsun, bizim işimiz budur. Ona görə deyirəm ki, köhnədən gələn, təzədən gələn bizim bu işdə təcrübəmiz var. Dünən gələn adam bilmir bu nə deməkdir? Nə üçündür? Biz bilmişik haralara gedəndə nədir. Qurtarın, heç kim gəlməyəcək Lökbatana. 20-ci Sahəyə gəlmirdilər, ora biz 2 min, 3 min adam yığırdıq. 2 min, 3 min adam gəlmişdi 20-ci Sahəyə. 20-ci Sahədən uzaqdı Lökbatan. 20-ci Sahəyə 2 min adam gəldi, biabır olduq, biabır olduq, biabır olduq, əl çək bu Lökbatandan. Mikayıl bəy, əl çək bu Lökbatandan".

Bu lent yazısından AXCP və Milli Şura yetkililərinin niyə Lökbatan meydanına görə cığallıq eləməsinin səbəbi aydın olur. Elektorat Əli Kərimliyə görə fədakarlıq etmək istəmir. Biabır olduqlarını görən AXCP funksionerləri isə mitinq keçirməkdən daha çox, məkanla bağlı cığallıq etməyə üstünlük verirlər. Çünki Məmməd İbrahim demişkən, insanlar gəlmirlər və biabır olurlar...

Musavat.com

Tarix
2019.10.10 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla