Yuxarı

Daha bir qadını keçmiş əri qətlə yetirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:28

Beyləqan rayonunda daha bir qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Axar.az-a daxil olan məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, Beyləqan Rayon Gigiyena və Epidemialogiya Mərkəzində işləyən Könül Bəhmənli adlı xanım rəsmi şəkildə boşandığı həyat yoldaşı tərəfindən elə iş yerində öldürülüb.

Bir neçə bıçaq zərbəsi alan qadın yaxınlıqdakı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Yaralı xəstəxanaya çatdırılan zaman vəziyyəti ağır olsa da, sağ olub.

Məlumata görə, qadının onun qətlə yetirən həyat yoldaşı ilə nikahından 10 yaşında bir övladı var.

Beyləqan rayon Mərkəzi Xəstəxananın baş həkimi Əli Məmmədov Axar.az-a faktı təsdiqləyib. Bildirib ki, hadisə bu gün səhər 11-12 radələrində baş verib və gənc qadın hadisə yerində dünyasını dəyişib:

“Könül Bəhmən qızı Bəhmənli bir müddət əvvəl həyat yoldaşından boşanıb. Hətta boşanma prosesləri də problemli olub. Oğlan ailəyə, qadına narahatlıq verib həmişə. Məhkəmə prosesi zamanı qayınatasını bıçaqlayıb, məhkəmə salonuna girərkən. Bir müddət imiş ki, qızı da izləyirmiş öldürmək üçün. Xanım işdə olub, həyətə çıxan zaman bundan istifadə edərək hücum edib bıçaqlayıb. Öldürülən qadın 1994-cü il təvəllüdlüdür. Xəstəxanaya çatdırılan zaman artıq keçinmişdi”.

Tarix
2019.10.11 / 14:53
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla