Yuxarı

Yeni binalarda mənzili olanların - Diqqətinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 31351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına sadələşdirilmiş prosedur üzrə icazə verib.

Komitədən Axar.az-a verilən məlumata görə, Prezidentin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19.02.2019-cu il tarixli 529 nömrəli Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilmiş tapşırıqların icrası sürətlə davam etdirilir.

Fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində yerləşən çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismara hazırlığı barədə Fövqəladə Halar Nazirliyinin təqdim etdiyi rəylər əsasında 7 gün ərzində həmin binaların istismarına icazə verməlidir.

Fərman imzalandığı tarixdən bugünədək Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində 184 ünvanda yerləşən çoxmənzilli yaşayış binası kompleksləri üzrə təqdim olunmuş rəyləri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin binaların hər birinin istismarına icazə verilmişdir. Komitə tərəfindən verilmiş 184 icazə ümumilikdə 553 girişli çoxmənzilli binaları və cəmi 31351 mənzili əhatə edir.

Binaların istismara hazırlığı barədə rəy daxil olduqdan sonra istismara icazənin Fərmanla 7 gün ərzində verilməsi tapşırılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq icazələrin daha qısa müddət ərzində – əsasən 3-5 gün ərzində verilməsi təmin edilir. Binaların istismarına icazə verildikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq göstəricilər Tikintilərin Dövlət Reyestrinə daxil edilir, habelə Əmlak Məsələləri Dövlət Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə və Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinə yazılı məlumat göndərilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bugünədək verdiyi 184 istismara icazə 31351 mənzilin sahiblərinin mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunması üçün əsasdır.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 19.02.2019-cu il tarixli 529 nömrəli sözügedən Fərmanının icrası çərçivəsində istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) siyahısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində yaradılmış xüsusi bölmədə yerləşdirilib və daim yenilənir.

Tarix
2019.10.16 / 21:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla