Yuxarı

Elinanın anası Prezidentə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elinanın anası Prezidentə müraciət etdi

Bakıda məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova Prezident İlham Əliyevə müraciət edib.

APA-nın məlumatına görə, S.Hüseynova ölkə başçısına ünvanladığı müraciətində qızının ölümündə təqsirli bilinən şəxslərin cəzalandırılmasını xahiş edib:

"Hörmətli, cənab Prezident!

Bildiyiniz kimi Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü –qızım Hacıyeva Elina Ədalət qızı 04 aprel 2019-cu il tarixdə təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən ona qarşı edilən qısnamalara dözməyərək özünü atıb. 06 aprel 2019-cu il tarixdə 1 saylı Kliniki Tibbi Mərkəzdə uşağım xəstəxanaya gec çatdırıldığından və həkim etinasızlığı səbəbindən vəfat edib. İş üzrə keçirilmiş son məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs -162 saylı məktəbin sabiq direktoruna 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza istəyib.

Halbuki, məhkəmə prosesi zamanı müəyyən edilib ki, 85 dəqiqə direktor ölümcül vəziyyətdə olan uşağa təcili tibbi yardım çağırmayıb və bunu digər şəxslərin etməsinə də əngəl olub. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən uşaq xəstəxanaya gec çatdırıldığından, onu xilas etmək mümkün olmayıb. İş üzrə heç bir həkim məsuliyyətə cəlb edilməyib. Məsuliyyətə cəlb olunan sabiq direktora da ədalətli cəza verilmir! Ana fəryadına biganə qalmayın!"

Tarix
2019.10.17 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla