Yuxarı

VII Dünya Oyunlarının açılış mərasimi oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
VII Dünya Oyunlarının açılış mərasimi oldu - Foto

Çinin Uxan şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi Hərbçilərin VII Dünya Oyunlarının açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycan hərbi idmançılarının da iştirak etdiyi yarışda şuranın üzvü olan 109 ölkədən 9300 hərbçi idmanın 27 növü üzrə mükafatlar uğrunda mübarizə aparacaq. Bu il keçirilən dünya oyunları iştirakçıların və yarış növlərinin sayına görə indiyədək keçirilmiş ən böyük oyunlar olacaq.

Uxan şəhərindəki 35 məkanda 10 gün davam edəcək beynəlxalq idman tədbirinin rəsmi açılış mərasimində rəsmi qonaqlar, yüksək rütbəli hərbçilər, beynəlxalq idman aləminin tanınmış simaları iştirak ediblər.

Qeyd edək ki, yarışda Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun (MOİK) güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edəcək. Yarışlara qatılan komandamızın tərkibində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar üstünlük təşkil edirlər. Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər də var.

Tarix
2019.10.19 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla