Yuxarı

“Gilan Holding" məhsullarını bu sərgidə təqdim edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Gilan Holding" məhsullarını bu sərgidə təqdim edəcək

“Gilan Holding” ənənəvi olaraq keçirilən Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” sərgisində təmsil olunacaq. 22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində tikinti, inşaat və memarlıq sahələrini əhatə edən bu işgüzar platformada “Gilan Holding”ə daxil olan “Gilan and Knauf”, “Gilan Seramik”, “Gilan Beton” və “Gilan Qəbələ Beton” şirkətləri təmsil olunacaqlar. Yeni texnologiyalara cavab verən və sözügedən şirkətlərin sənaye gücünü nümayiş etdirən geniş çeşiddə inşaat məhsulları bu mötəbər sərgidə nümayiş etdiriləcək.

Axar.az xəbər verir ki, zəngin tərtibatı və yüksək interaktivliyi ilə fərqlənən “Gilan Holding” stendində müxtəlif növ gipskarton lövhələr, metal profillər, gips əsaslı quru qarışıqlar, keramik plitələr, aksessuarlar və müxtəlif markalı beton nümunələri sərgi qonaqlarına göstəriləcək. Ötən illərdə olduğu kimi, “BakuBuild” sərgisinin ziyarətçiləri, o cümlədən yerli və xarici şirkətlərin nümayəndələri “Gilan Holding”-in inşaat məhsullarının beynəlxalq keyfiyyət normalarına uyğun istehsalat qaydaları ilə yaxından tanış olmaq və əməkdaşlıq əlaqələri yaratmaq imkanı əldə edəcəklər.

Tikinti sektorunda nüfuzlu yerli və xarici sertifikatlara sahib olan “Gilan Holding” ölkənin inşaat sahəsində xüsusi mövqe tutaraq, iqtisadiyyatın bu sektorunun inkişafına öz töhfəsini verməkdə davam edir.

Tarix
2019.10.21 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla