Yuxarı

Metroda ciddi sıxlıq yarandı, qatarlar ləngidi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:38

Bu gün səhər saatlarında metronun “Həzi Aslanov” stansiyasından “Dərnəgül” istiqamətində hərəkət edən qatarlarda sıxlıq müşahidə olunub.

Axar.az xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkələrdə məlumat paylaşıblar. Sərnişinlər metronun “Koroğlu”, “28 May”, “20 Yanvar” və digər stansiyalarında yaranmış sıxlıqdan şikayətləniblər.

“20 Yanvar” stansiyasında qatarın 10 dəqiqədən çox gözlədiyi bildirilib.

Məsələ ilə bağlı Axar.az-a danışan Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu gün metroda sərnişinlərinin sayının çox olduğunu deyib:

“Bu gün metropolitenin stansiyalarında müşahidə olunan sıxlıq sərnişin sayının əvvəlki günlərlə müqayisədə çox olması ilə əlaqədardır. Bununla bağlı qatarların yola düşməsində müəyyən problem yaransa da, interval normal tənzimlənib.

Bundan əlavə, qatarlardan birində texniki nasazlıq baş verdiyindən “28 May” stansiyasından depoya göndərilib. Amma həmin qatarın yerinə xəttə başqa qatar verildiyindən, bu, xəttdəki qatarların intervalına elə də təsir etməyib”.

Tarix
2019.10.22 / 10:43
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla