Yuxarı

Onlara Azərbaycanın diaspor siyasətindən danışıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlara Azərbaycanın diaspor siyasətindən danışıldı - Foto

Oktyabrın 23-də Qoşulmama Hərəkatının dünyanın müxtəlif ölkələrini təmsil edən və hazırda Azərbaycanda olan bir neçə gənc nümayəndəsi Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) olub.

DİDK-dən Axar.az-a verilən məlumata görə, Komitə sədrinin birinci müavini Valeh Hacıyev qonaqlara ölkəmiz, dünyadakı Azərbaycan icmaları və dövlətimizin diaspor siyasəti haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan çoxmillətli, multikultural bir ölkədir.

Gənc liderlərə, eyni zamanda, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, ölkəmizin ərazi bütövlüyünun beynəlxalq sənədlərdə təsbit olunması haqqında da ətraflı məlumat verilib.

Qonaqlar Qoşulmama Hərəkatı və onun liderlərinin missiyasından danışıb, bu təşkilatın beynəlxalq hüququn qorunması üçün təsirli bir mexanizmə çevrilmə imkanları barədə fikirlərini səsləndiriblər.

Görüşdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2019.10.23 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla