Yuxarı

İlham Rəhimov akademik Taliya Xabriyeva ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Rəhimov akademik Taliya Xabriyeva ilə görüşdü

Oktyabrın 25-də Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosasiyasının prezidenti, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquq elimləri doktoru, professor İlham Rəhimov Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, Rusiyanın əməkdar hüquqşünası Taliya Yarullovna Xabriyeva ilə onun təşəbbüsü ilə öz ofisində görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının hüquqşünas alimləri arasında əlaqələr, iki ölkənin hüquq elminin hazırkı vəziyyəti və əlaqələrin gələcək inkişaf perespektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Professor İlham Rəhimov və xanım Taliya Xabriyeva görüşdə, eyni zamanda, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosasiyasının dekabr ayında Moskvada keçiriləcək növbəti konfransının gündəliyi ilə bağlı təkliflərini səsləndiriblər.

Xanım Xabriyeva rəhbərlik etdiyi Rusiya Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun həyata keçirdiyi layihələrdə professor İlham Rəhimovun böyük təcrübəsindən yararlanmağın perespektivləri barədə fikirlərini bölüşüb.

Görüşün sonunda hər iki alim hüquq elmi sahəsində ölkələrimiz arasındakı mövcud tarixi əlaqələrin davam etdirilməsinin xüsusilə mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə birgə səy göstərəcəklərini qeyd ediblər.

Tarix
2019.10.28 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla