Yuxarı

Səbaildə iməcilik keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səbaildə iməcilik keçirildi - Foto

Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi (EMMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Dənizkənarı ərazilərdə ekoloji normalara uyğun monitorinqin keçirilməsi” layihəsinin icrasını uğurla davam etdirir.

Axar.az xəbər verir ki, təşkilat Binəqədi rayonu ərazisində yerləşən İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ilə birlikdə Səbail rayonu dənizkənarı ərazisində iməcilik təşkil edib.

İməcilikdə Təhsil ocağında təşkil edilmiş seminarlarda fərqlənən tələbələr iştirak edib.

İməcilikdə məqsəd məişət tullantıları ilə çirklənmiş ərazini təmizləməklə dənizkənarı ərazilərdə ekoloji vəziyyəti yaxşılaşdırmaq və gənclərdə ətraf mühitin qayğısına qalmaq vərdişlərini aşılamaqdan ibarət olub.

İməcilikdə EMMİB-nin sədri Qəmzə Yusubova, ekoloq Arif İbadanov, EMMİB-nin sədr müavini Sevda Məmmədova, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Direktor müavini Yaqut Rəhimova, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Psixoloqu Nüranə Qasımova iştirak ediblr.

İməcilik tələbələrin ruh yüksəkliyi ilə keçib.. Təşkilatın sədri Qəmzə Yusubova iməcilikdə yüksək fəallıq göstərən 17 nəfər tələbəyə kitab hədiyyə edib.

Tarix
2019.10.29 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla