Yuxarı

Ayı əti satmaq istəyən şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ayı əti satmaq istəyən şəxs tutuldu

Qəbələdə ayı əti satmaq istəyən şəxs cəzalandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı məlıumat daxil olub.

Araşdırma zamanı VAZ-2106 markalı 36 BL 273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib. Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub.

Məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma materialları Qəbələ rayon Prokurorluğuna göndərilib.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin Mətbuat katibi İradə İbrahimova Axar.az-a açıqlamasında bildirib ki, satmaq məqsədilə ovlanan ayı Azərbaycanın Qırmızı kitabına düşmüş qonur ayı olub. İ.İbrahimova bildirib ki, qonur ayının ovlanması qəti qadağandır.

Həmin şəxsə nə qədər cəza verilməsinə gəlincə isə, nazirlikdən bildirilib ki, məsələyə hüququ qiymət verilməsi üçün prokurorluqda araşdırma aparılır.

Tarix
2019.10.30 / 11:15
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla