Yuxarı

Cəmil Həsənli aksiyanı təxirə salmağı təklif etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəmil Həsənli aksiyanı təxirə salmağı təklif etdi

Milli Şuranın (MŞ) sədri Cəmil Həsənli qurumun 2 noyabrda keçirməyi planlaşdırdığı razılaşdırılmamış aksiyanı təxirə salmağı təklif edib.

C.Həsənli bu barədə Feysbuk səhifəsində yazıb.

O bildirib ki, MŞ Koordinasiya Şurası 2 noyabr mitinqinin “Məhsul” stadionunda keçirilməsinə razılıq verilməyəcəyi təqdirdə, "28 May" metrosu qarşısındakı meydanda və ya ona yaxın yerlərdə keçirilməsinə qərar verib.

C. Həsənli Respublika Prokurorluğu və DİN-in birgə bəyanat yayaraq, Milli Şuranı, xüsusilə də AXCP sədri Əli Kərimlini hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda ittiham etdiyini xatırladıb. O, bütün bunları nəzərə alaraq, MŞ Koordinasiya Şurası üzvlərinə 2 noyabr mitinqini təxirə salmağı təklif edib.

MŞ Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev APA-ya deyib ki, C. Həsənlinin təklifi qurumda müzakirə edilərək, qərar veriləcək.

Qeyd edək ki, Milli Şura noyabrın 2-də mitinq təyin edib. Bakı Şəhər İcra Hakimiyyəti mitinq üçün Milli Şuranın müraciətə baxıb və mitinqin noyabrın 2-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin AXCP sədri Əli Kərimli ötən gün Bakı Şəhər İcra Hakimiyyətin təklifi qəbul etməyərək, mitinqi “28 May” metrostansiyasının qarşısında razılaşdırılmamış mitinq edəcəklərini açıqlayıb.

Tarix
2019.10.31 / 16:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla