Yuxarı

Nazirlikdən Oqtay Gülalıyevlə bağlı – Məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ilə bağlı məlumat yayıb.

Axar.az məlumatın mətnini təqdim edir:

"Noyabrın 1-də saat 12:00 radələrində Oqtay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblər. City Hospitalda cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan, ailə üzvləri Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər. Bu səbəbdən də saat 14.35-də Oqtay Gülalıyev City Hospitaldan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır".

Xatırladaq ki, oktyabrın 29-u axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb.

O, əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilsə də, sonradan özəl klinikaya aparılıb.

Qəzanı 90 PZ 543 dövlət nömrə nişanlı, “Hunday" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.

Tarix
2019.11.01 / 14:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla