Yuxarı

İdarə rəisi qəzalı binanı icarəyə verib, pul qazanır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdarə rəisi qəzalı binanı icarəyə verib, pul qazanır?

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Apoş oğlu Ramazanov vəzifəsindən sui-istifadə edərək, qəzalı vəziyyətdə olan S.Vurğun adına kinoklubu şəxsi məqsədləri üçün ayrı-ayrı şəxslərə icarəyə verib.

Bu barədə Sabirabad rayon sakini Əliheydər Əliyev Axar.az-a ünvanladığı şikayət məktubunda qeyd edib. O bildirib ki, idarə rəisi hətta kinoklubun konstruksiyasını da dağıdıb:

“Sabirabadın mərkəzində yerləşən S.Vurğun adına kinoklub 60-cı illərdə tikildiyi üçün istismar müddətin başa vurub. Hələ o vaxtlar üstünün dəmir paneli düzgün qoyulmayıb və hazırda istismara tam yararsızdır. Həmçinin beton keyfiyyətini tam itirib, qəfil qopmalar olur və qəzalı vəziyyətdə olduğu üçün təhlükəlidir. Lakin buna baxmayaraq, hazırda binanın müxtəlif hissələrində 3 icarəçi fəaliyyət göstərir. Sözügedən obyektlərdən əlavə Əhməd Ramazanov qəzalı vəziyyətdə olan kinoklubun iki əsas divarını 4 yerdən dağıdaraq, yeni obyektlər tikdirir ki, onları da icarəyə versin”.

Məsələ ilə bağlı saytımıza danışan Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ağalar Hümbətov bildirib ki, səslənən iddiaların heç bir əsası yoxdur:

“Sözügedən müəssisə idarəmiz tərəfindən təmir olunub və bütövlükdə Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərir. Hazırda oranın öz işçiləri də var. Araşdırıb öyrənə də bilərsiniz”.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov isə saytımıza bildirib ki, nazirlikdə sözügedən şikayətlə bağlı heç bir məlumat yoxdur.

Tarix
2019.11.05 / 09:13
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Ermənistan MTX-dən hərbçimizlə bağlı yayılan məlumata reaksiya

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldıacaqdı

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla