Yuxarı

Rəisdən Bakı əhalisinə müraciət: Evlərdən, eyvanlardan...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəisdən Bakı əhalisinə müraciət: Evlərdən, eyvanlardan...

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə ictimaiyyətə müraciət ünvanlayıb.

Baş İdarədən Axar.az-a bildiriblər ki, qurumun rəisi Raqif Abbasov yaşından, vəzifəsindən asılı olmayaraq, hər kəsi aksiyaya qoşulmağa dəvət edib.

“Noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunacaq. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq paytaxt sakinlərini, gəncləri, vətəndaşlarımızı böyük aksiyaya qoşulmağa dəvət edirik. Həmin gün əhalini inzibati binalardan, evlərdən, eyvanlardan, nəqliyyat vasitələrindən üçrəngli bayrağımızı asmağa dəvət edir, həmrəy olmağımızı, milli atributumuz olan bayrağa sevgi və hörmətimizi, aksiya vasitəsilə tezliklə üçrəngli bayrağımızı Qarabağımızda, Xankəndidə asacağımıza hamımızın həmrəy olduğunu göstərməyə çağırış edirik”, - o deyib.

R.Abbasov Baş İdarə tərəfindən bayramla əlaqədar bir neçə tədbirlərin də keçiriləcəyini vurğulayıb:

"Dövlət Bayrağı Günü ilə bağlı Sabunçu rayonunun Nardaran qəsəbəsində veloyürüş keçiriləcək, Gəncliyə Yardım Fondunda “Mənim bayrağım” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq. Orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan gəncliyinin dövlət bayrağına sevgisinin artırılması məqsədilə “dəyirmi masa”lar və digər tədbirlər təşkil olunacaq".

Tarix
2019.11.06 / 20:34
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla