Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Noyabr 2019


Palatadan təklif: Azərbaycanda yeni şura yaradılır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası Azərbaycanda Fiskal Şura yaradılmasını təklif edib.

Axar.az xəbər verir ki, təklif Hesablama Palatasının "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, ölkəmizdə hazırda Fiskal Şura mövcud deyil. Buna olan zərurət Açıq Büdcə İndeksi üzrə ölkə qiymətləndirilməsi aparılarkən son 2018-ci ilin yanvar ayında dərc edilən hesabatda göstərilib. Hesabatda belə bir institutun yaradılması büdcə şəffaflığı və hesabatlılığı işinə mühüm töhfə hesab edilib: "Hesablama Palatası olaraq Fiskal Şuranın yaradılmasını ölkədə gedən fiscal islahatların dinamikliyini nəzərə alaraq bu işin büdcə proseslərinə əhəmiyyətli töhfə verəcəyini hesab edirik”.

Rəydə bildirilir ki, dünya təcrübəsində büdcə proqnozlarının əsaslılığının gücləndirilməsi ilə bağlı fiskal şuraların fəaliyyətinin təmin edilməsi müsbət nəticələrə gətirib çıxarır: "Sistemli böhranın əsas maliyyə nəticələri mövcud makrofiskal proqnozlaşdırma institutunun, bu sahədə təhlillərin və ümumən büdcə parametrlərinin daha geniş və müxtəlif ssenarilər üzrə qiymətləndirilməsi işinin təkmilləşdirilməsini aktual zərurətə çevirdi. Bu məqsədlə, atılan addımlardan biri fiskal siyasətin həyata keçirilməsinə məsul qurumların fəaliyyəti ilə yanaşı alternativ makroiqtisadi o cümlədən, büdcə parametrlərinin (o cümlədən, fiskal risklərin) geniş təhlilini və qiymətləndirilməsini apara biləcək institutların – fiskal şuraların yaradılması idi. Fiskal Şuraların bir forması artıq mövcud olan parlamentin büdcə komitəsi və ya ofisinə həmin səlahiyyətlərin verilməsi oldu. Misal üçün, hələ 1974-cü ildə ABŞ Konqresinin Büdcə ofisi yaradıldıqda əsas məqsəd kimi (həmin dövr üçün) alternativ büdcə təhlili və proqnozlaşdırılmasının aparılması nəzərdə tutulurdu. Hazırda bu təcrübə fiskal şura olaraq Gürcüstanda yeni yaradılan Parlamentin Büdcə Ofisi, Kanada və İtaliyada da eynilə Parlamentin Büdcə Ofisi tərəfindən tətbiq edilir. Bir sıra hallarda bu funksiyaların Ali Audit Qurumlarına (Finlandiya, Litva və s.) həvalə edilməsi ilə bağlı qərar qəbul edildi. Digər tərəfdən, AAQ-ların fiskal, o cümlədən, borc dayanıqlılığı ilə bağlı daha müfəssəl təhlillər aparması büdcə təhlilinin tərkib hissəsi olaraq parlamentə təqdim edilməsi yeni büdcə ənənəsinə çevrildi (İsveç, Finlandiya, Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası və s.). Dünyada müstəqil Fiskal Şuraların yaradılması təcrübəsi də var. Misal üçün, Birləşmiş Krallıqda Büdcə Məsuliyyətliliyi Ofisi, İrlandiyada Fiskal Məsləhət Şurası, Macarıstanda, Rumıniyada, Sloveniya və Serbiyada Fiskal Şura, Portuqaliyada İctimai Maliyyə üzrə Şura, Xorvatiyada və İsveçdə Fiskal Siyasət Şurası hazırda fəaliyyət göstərir. İqtisadi Şuranın eynilə Fiskal Şura Statusunda çalışması halları da var. Danimarka, Niderland və Almaniya Federativ Respublikasında iqtisadi ekspertlərdən ibarət şuranın Fiskal Şura statusunda çalışması buna nümunədir. Avstriya beyin mərkəzi olaraq Avstriya Borc Komitəsi fiskal şura kimi paralel fəaliyyət göstərir. Belə ki, Avstriyada eynilə parlamentin büdcə komitəsi də eyni statusda mövcuddur. Beyin mərkəzinin eyni funksional fəaliyyətinə malik olması nümunəsi də var. Buna əsas nümunə Meksikada Dövlət Maliyyəsi Tədqiqatlar Mərkəzinin çalışması göstərilə bilər”.

Tarix
2019.11.06 / 23:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kamal Abdulla Çin nümayəndə heyəti ilə görüşdü

Oqtay Gülalıyevin qəza anı: o, hansı səhvə yol verib? - Video

Prezident onlara fəxri ad verdi

Nazir polkovniki generalın yerinə təyin etdi

Azərbaycanda hakimin səlahiyyətlərinə xitam verildi

Münaqişənin həlli üçün yeganə yol... - İlham Əliyev

Damı uçan yataqxanadakı köçkünlər hara köçürüləcək?

Əbülfəs Qarayev Türkmanla görüşdü - Foto

Sabitliyin təminatçısı Azərbaycan xalqıdır - İlham Əliyev

Alya Yaqublu: Müsavatı xilas etməyin tək yolu...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla