Yuxarı

Bakının bu ərazisində qaz olmayacaq - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu ərazisində qaz olmayacaq - Səbəb

Bu gün Bakının Xətai rayonu Zakir Yusifov küçəsində aparılacaq asfaltlama işləri çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi də həmin yolda köhnə kəmərin yenisi ilə dəyişdirilməsi işlərini icra edəcək.

Azəriqaz İB-dən Axar.az-a verilən məlumata görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılıq da əldə olunub.

Bununla da yol çəkilişi ilə qaz xəttinə dair təmir prosesinin eyni zamanda təşkili yenicə çəkiləcək asfalt örtüyünün qorunmasına səbəb olacaq və bu proses üçün bundan sonra təkrar qazıntı aparılmasına ehtiyac qalmayacaq. Bu zaman yol keçidindəki yeraltı 325 mm diametrində polad boru 315 mm diametrində polietilen boru ilə əvəzlənəcək. Səhər saat 09:00 radələrində başlanılacaq işlər zamanı Xətai rayonunun NZS qəsəbəsi, Rəşid Bağırov, Yavər Əliyev, Aşıq Qurban, Süleyman Əhmədov, İlqar Həbibov küçələrində bir qrup abonentin qaz təchizatında müvəqqəti olaraq (təqribən 4 saat müddətinə) fasilələr müşahidə olunacaq.

Tarix
2019.11.09 / 09:41
Müəllif
Axar.az
Digər xəbərlər

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla