Yuxarı

Rusiyanın nüfuzlu nəşri bayrağımızdan yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Nezavisimaya qazeta” nəşri Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq müstəqil Azərbaycanın rəmzi kimi hər zaman dalğalanacaq” sərlövhəli məqalə dərc edib.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, məqalədə bayram günü Azərbaycanda binalardan dövlət bayrağının asıldığı, ölkəmizdə dövlət rəmzinə xüsusi hörmətlə yanaşıldığı bildirilib.

Dövlət Bayrağı Gününün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2010-cu ildən qeyd olunduğunu yazan məqalə müəllifi bu gün ölkəmizədə dövlət və idman tədbirlərinin, hissələrdə andiçmə mərasimlərinin və “açıq qapı” gününün keçirildiyini bildirib. Qəzet yazır ki, Azərbaycan tarixinin şanlı səhifələri ilə bağlı olan bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilib və ilk dəfə Bakı Dəniz Vağzalında sancılıb. 1990-cı ildə o zaman ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının ilk sessiyasında dövlət bayrağı kimi qəbul edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda AXC-nin şərəfinə Müstəqillik abidəsi ucaldılıb.

Məqalədə Azərbaycan istiqlaliyyətinin ideoloqları Əli bəy Hüseynzadə və Fətəli xan Xoyski, Azərbaycan-Rusiya münasibətləri barədə də söhbət açılıb.

Tarix
2019.11.10 / 20:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla